Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ötən gün Rusiya Xarici İşlər Nazirliyi vətəndaşlarına səslənib. Qurum Azərbaycana səfər etməzdən əvvəl ölkədəki vəziyyəti diqqətlə qiymətləndirməyi tövsiyə edib. Bu çağırışların doğruluğu və zəruriliyi müzakirə olunduğu bir vaxtda, rəsmi Bakının da oxşar mövqedə olub-olmaması maraq doğurur. Tarixən Azərbaycan rus əsilli vətəndaşlara qarşı hər hansı təzyiq siyasəti yürütməyib, əksinə, onlara özlərini sərbəst ifadə etmək və cəmiyyətin müxtəlif sahələrində iştirak etmək imkanı yaradıb. Hətta İsrail-İran müharibəsi dövründə belə, ölkəmiz vasitəsilə rusların vətənlərinə qayıtması üçün maksimum şərait təmin olunub.
Azərbaycan da Rusiya ilə bağlı eyni çağırışları etməlidirmi?
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, çağırış hər bir ölkənin daxili işidir:
“Moskva bu çağırışı, əsasən siyasi məqsədlərlə istifadə edir. Guya ölkəmizdə ruslara münasibət pisdir, təzyiqlər var və sair. Azərbaycana yönələn xəbərdarlıq məsələsinə gəldikdə, hazırda buna heç bir ehtiyac yoxdur. Çünki biz yox, Rusiya hakim dairələri ölkəmizə qarşı həm informasiya müharibəsi, həm də təzyiq kampaniyası aparır. Onlar azərbaycanlıların Rusiya vətəndaşı olub-olmamasına fərq qoymurlar, hamısını incidirlər”.
Tofiq Zülfüqarov
Sabiq nazir hazırkı vəziyyətin hər kəsə aydın olduğunu vurğulayıb:
“Əminəm ki, səfirliyimiz və Xarici İşlər Nazirliyi müxtəlif məsələlərdə məlumat verir, konsulluq xidməti vətəndaşlarımızın xarici ölkələrdə hüquqlarının müdafiəsi ilə məşğul olur”.
Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.