AZ

Politico: Vitkoff Rusiyanın enerji sanksiyalarının qaldırmasını istəyir

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff hesab edir ki, Moskvadan enerji sanksiyaları götürülməlidir. Bu barədə iki mənbəyə istinadən “Politico” məlumat yayıb.Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ administrasiyasında heç də hamı Uitkoffun mövqeyini bölüşmür. Xüsusilə, daxili işlər naziri Duqlas Burqum hesab edir ki, Moskvanı enerji bazarından sıxışdırmaq lazımdır. Politico yazır ki, bu fikir ayrılıqları "administrasiya daxilində mübahisələrin alovlanmasına" səbəb olur.Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanala müsahibəsində Moskva və Vaşinqtonun “Şimal axını” mövzusunu müzakirə etdiyini bildirib . Diplomatın fikrincə: “Amerikalılar Avropaya öz təsirlərindən istifadə edib, onu Rusiya qazından imtina etməməyə məcbur etsələr, maraqlı olardı”.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
28
icma.az

10Mənbələr