EN

Ən narsist 4 BÜRC

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Bəzi bürclər astrologiyada narsist bürc olaraq tanınırlar.

AZXEBER.COM xəbər verir ki, bu barədə astroloq Dinçer Güner öz sosial media hesabında paylaşım edib.

O, paylaşımında hansı bürclərin narsist olduğunu bildirib:

" Astrologiyada bəzi bürclərin özünü bəyənmək və diqqət mərkəzində olmaq ehtiyacı daha çox ön plana çıxır. Hər bir bürcün xarakterində özünəməxsus cəhətlər olsa da, bəzi bürclər var ki, onlar tərif gözləməkdən və öz uğurlarını nümayiş etdirməkdən çəkinmirlər. Aşağıda özünübəyənmə meyli daha yüksək olan bəzi bürcləri təqdim edirik:

Aslan (23 İyul – 22 Avqust)

Səhnənin ulduzu hesab olunan Aslan bürcü nümayəndələri üçün diqqət mərkəzində olmaq bir növ ehtiyacdır. Onlar tərif eşitməkdən əsla bezmirlər, əksinə, bunu gözləyirlər. Güzgü qarşısında uzun müddət vaxt keçirə və özlərini tərifləyərkən bunu "mən sadəcə həqiqətləri deyirəm” kimi əsaslandıra bilərlər. Liderlik xüsusiyyətlərinə malik olsalar da, yüksək ego ilə də seçilirlər.

Oğlaq (22 Dekabr – 19 Yanvar)

Uğura fokuslanan və çalışqan Oğlaqlar çox zaman əldə etdikləri nailiyyətlərlə öyünməyi sevirlər. Disiplinli və məqsədyönlü xarakterləri sayəsində zirvəyə yüksəlmək istəyirlər və bu yolda əldə etdikləri nəticələri başqaları ilə paylaşmaqdan çəkinmirlər. Təkəbbürlü olmasalar da, özlərini həddindən artıq ciddiyə almağa meyillidirlər.

Buğa (20 Aprel – 20 May)

Lüksə, keyfiyyətə və estetikaya olan sevgisi ilə tanınan Buğalar, öz zövqlərinin ən yaxşı olduğuna inanırlar. Xarici görünüşlərinə xüsusi diqqət yetirir və özlərini çox bəyənirlər. Sahip olduqları ilə fəxr etməyi sevirlər və başqalarının fikrindən çox, öz beğənilərinə üstünlük verirlər.

Qız (23 Avqust – 22 Sentyabr)

"Əgər mən olmasam, bu səhvləri kim düzəldəcək?” şüarı ilə yaşayan Qız bürcləri, bəzən özlərini mükəmməllik nümunəsi kimi görə bilərlər. Tənqid etməyi sevirlər, lakin özləri tənqid olunmaqdan narahat olurlar. Hər şeyin doğrusunu bildiklərini düşündükləri üçün zaman-zaman özündən razı və təkəbbürlü görünə bilərlər".

Oksana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
50
azxeber.com

10Sources