AZ

Ən saxtakar bürclərBUNLARDIR

Astroloqlar tərəfindən aparılan analizlərə əsasən, bəzi bürclər öz ağılları və strategiyaları ilə həqiqətləri manipulyasiya etməyə daha çox meyilli olurlar.

Redaktor.az xəbər verir ki, ən hiyləgər 4 bürc və onların xarakter xüsusiyyətləri bunlardır:

Əkizlər (21 May – 21 İyun)
Zəka və ünsiyyət bacarıqları ilə seçilən Əkizlər, dürüstlük məsələsinə gəlincə, bəzən “boz zonalarda” gəzişə bilər. Bu gün dediyini sabah inkar edə bilər. Pis niyyətli olmasalar da, özlərini qorumaq üçün həqiqətləri dəyişdirməkdən çəkinməzlər.

Tərəzi (23 Sentyabr – 22 Oktyabr)
Hər kəsin razılığını almağa çalışarkən, gerçəkləri əyib-bükməkdən çəkinməzlər. Hər zaman harmoniya və uyğunluq istəyən Tərəzilərin gülümsəyərək dediyi bəzi yalanlar, əslində ən təhlükəli olanlar ola bilər.

Oğlaq (22 Dekabr – 19 Yanvar)
Planlı və məqsədyönlü hərəkət edən Oğlaqlar, məqsədə çatmaq üçün bəzən hər vasitəni mübah saya bilər. Sakit və ciddi görünüşlərinin arxasında, ağılla hazırlanmış oyunlar gizlənə bilər.

Qız (23 Avqust – 22 Sentyabr)
Ətraflı düşünmə qabiliyyəti ilə yalanlarını olduqca inandırıcı qurmağı bacarır. Tənqid etməyi sevən Qız bürcü nümayəndələri, öz səhvlərini isə ustalıqla gizlədə bilirlər. Göründüyü qədər günahsız olmaya bilər.

Hər bir bürcün həm müsbət, həm də mənfi cəhətləri var. Ancaq bu 4 bürc, manipulyasiya və gerçəkləri öz xeyrinə dəyişmək mövzusunda bir qədər daha bacarıqlıdır. Onlarla münasibət qurarkən diqqətli olmaq faydalı ola bilər.

Nuriyyə MUSAYEVA

Seçilən
13
23
redaktor.az

10Mənbələr