EN

Azərbaycan Voleybol Federasiyasının rəsmisinə Avropa çempionatına TƏYİNAT

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) növbəti dəfə təyinat alıb.

İdman.biz xəbər verir ki, Frişman qadın voleybolçular arasında (U-22) 2026 Avropa Çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək.

O, iyulun 4-6-da Latviyada baş tutacaq B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Danimarka və Ukrayna komandaları mübarizə aparacaqlar.

İdman.biz

Chosen
10
6
idman.biz

7Sources