AZ

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa çempionatına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti dəfə təyinat alıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.

M.Frişman qadın voleybolçular arasında (U-22) 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək. O, iyulun 4-6-da Latviyada baş tutacaq B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Danimarka və Ukrayna yığmaları mübarizə aparacaqlar.

Seçilən
7
6
90deqiqe.az

7Mənbələr