EN

Gəncə: “Məzun günü” böyük coşqu və sevinclə qeyd olunub

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gəncə Dövlət Universitetində keçirilən bu maraqlı tədbirdə şəhər rəhbərliyi, ictimai təşkilatların nümayəndələri, millət vəkilləri, Vətən müharibəsi qaziləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.

Universitetin rektoru Yusif Yusibov məzunları təbrik edərək onlara gələcək həyatlarında və karyeralarında uğurlar arzulayıb, GDU məzunlarının bacarıqlı mütəxəssis olacağına inandığını bildirib. Gənclərə vətəninə, millətinə layiqli vətəndaş olmağı və bu ali təhsil ocağının adını daim uca tutmağı tövsiyə edib. Ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısından danışan rektor, son illər ərzində universitetin beynəlxalq reytinqlərdə artan nüfuzundan, müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığından və tələbələr üçün yaradılan imkanlardan söhbət açıb, 2024/2025-ci tədris ilində universitetdən ümumilikdə 2030 tələbənin məzun olduğunu bildirib. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında məzunlara səmimi ürək sözlərini çatdırıb, Gəncə Dövlət Universitetinin məzunları arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı məzunların peşəkar mütəxəssis, cəmiyyətimiz və Vətənimiz üçün uğurlu insan olacağına əminliyini bildirib.

Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində gənclərin rolunu vurğulayıb.

YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə və universitetin leksika və ölkəşünaslıq kafedrasının müdiri Sevda Kazımova Gəncə Dövlət Universitetini bir dəyər kimi adını daim yüksək tutmağı, yiyələndikləri peşədən asılı olmayaraq, dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumağı, doğma Azərbaycanımızın daha da inkişaf etməsi və güclənməsi üçün əzmlə, ləyaqətlə, fədakarlıqla çalışmağı tövsiyə ediblər və onlara bu vacib, şərəfli yolda uğurlar diləyiblər.

Tədbirdə təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə, eləcə də tədqiqat yönümlü fəaliyyətlərdə nümayiş etdirdiyi peşəkar yanaşma, innovativ elmi baxışları və yüksək akademik göstəriciləri ilə seçilən “İlin magistrantı” nominasiyasının qalibi olan bir qrup məzuna Fəxri fərman təqdim olunub.

“Məzun Günü” konsert proqramı ilə davam edib və atəşfəşanlıqla başa çatıb.

Hamlet QasımovXQ-nin bölgə müxbirGəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
50
xalqqazeti.az

10Sources