EN

Fransa XİN İrana qarşı potensial sanksiyalar haqda danışıb

Bakı. Trend:

Fransa İranın nüvə proqramı üzrə danışıqlarda iştirakdan imtinaetməsi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığıdayandırması halında, ona qarşı beynəlxalq sanksiyaların bərpaolunacağı ilə hədələyib.

Trend xəbər verirki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Nazirin sözlərinə görə, Fransa, Almaniya və Böyük Britaniyadanibarət “Avropa üçlüyü” 2015-ci ildə nüvə sazişindən sonra ləğvolunmuş sərt məhdudiyyətləri yenidən tətbiq etmək üçün təsirmexanizmlərinə malikdir. Barro vurğulayıb ki, əgər İran öz nüvəfəaliyyətinin “sərt və uzunmüddətli çərçivəsini” müzakirə etməyərazı olmasa, sanksiyaların bərpası mexanizmi artıq bu yay işəsalına bilər.

Barro təsdiqləyib ki, Fransa İranda saxlanılan iki vətəndaşı —Sesil Koler və Jak Pariyə konsulluq çıxışı əldə edib. Onunsözlərinə görə, onlar fiziki xəsarət almayıblar, lakin “ağır vəacınacaqlı vəziyyətdədirlər”. Paris onların dərhal azad olunmasınıtələb edir.

“İrana qarşı sanksiya tətbiq edib-etməməyimiz rejim tərəfindənhəbs olunan iki vətəndaşımızın taleyinə bağlıdır”, - deyə obildirib.

Məqalədə:
Chosen
23
8
az.trend.az

10Sources