AZ

Baş nazirin diqqətsizliyi xanım naziri göz yaşına boğdu

Böyük Britaniyanın Baş naziri Kir Starmer maliyyə naziri Reyçel Rivzin parlamentdə ağlamasına səbəb olub.

Publika.az xəbər verir ki, Britaniya mətbuatı onun ağlamasının səbəblərini ətraflı şəkildə yazıb.

Bildirilir ki, Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz spiker Lindsi Hoyleyə İcmalar Palatasında yeni siyasi və iqtisadi böhrandan danışarkən "böyük təzyiq altına" düşüb.

Britaniyanın aparıcı qəzetlərindən olan "Guardian"ın köşə yazarı hadisəni belə izah edib: "Bu mənzərəyə baxmaq çox ağrılı idi. Məhrəmliyin pozulması, hər kəsin müşahidə etdiyi bir kədər idi. Bu həm də siyasətçilərin də insan olduğunu xatırlatmaq idi".

Bildirilib ki, Baş nazirin aprdığı iclasda Reyçel tək qadın olub. "O, sanki müxalifət lideri üçün "yumruq torbası" idi. Ən acınacaqlısı isə o olub ki, xanım nazir bu vəziyyətə düşərkən onu Kir Starmer müdafiə etməyib. Starmer ondan yaxşı olub-olmadığını soruşmağı belə özünə sığışdırmayıb, biganə qalıb. O, ancaq öz reputasiyasını qorumaqla məşğul olub. Burdan belə çıxır ki, nazirlərin "zalım dünyası"nda hər kəs öz halına özü çarə tapmalıdır", - məlumatda deyilir.

Seçilən
18
17
publika.az

10Mənbələr