EN

Ağazaryan: “Ermənistan təxribatçıdır” VİDEO

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AzVision.az “TASS” agentliyinə istindaən xəbər verir ki, Ermənistan parlamentinin deputatı, baş nazir Nikol Paşinyanın keçmiş tərəfdaşı Ovik Ağazaryanın Rusiyanı İrəvanın təxribatlarına uymamağa çağırması hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvlərində kəskin reaksiya doğurub. “Xahiş edirəm və Rusiya tərəfini bizim təxribatımıza uymamamağa çağırıram”, - Ağazaryan parlament kürsüsündən deyib. Bundan sonra Ermənistanın hakim fraksiyasının nümayəndələri kürsüdən enən Ağazaryanın ünvanına “rüsvayçılıq” sözünü qışqırmağa başlayıblar. Ən yüksək sələ qəzəbini ifadə edən şəxs Avropaya İnteqrasiya daimi komissiyasının sədri Arman Eqoyan olub. O, deputatı xarici dövlətin maraqlarına xidmət göstərməkdə ittiham edib.

Moskva Ermənistanı müharibə ilə hədələyir

Nəticədə yerlərindən qalxan deputatlar əvvəlcə şifahi mübahisə başlayıblar və sonradan əlbəyaxa davaya keçiblər. Ağazaryan ona söyüş söyən deputata plastik su butulkası atıb. Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Ağazaryanı iclas zalından çıxarıb və ona parlamentin gələcək işində iştirakını qadağan edib. Eqoyana isə xəbərdarlıq olunub. Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Dmitri Masyuk Rusiyanın İrəvanda sülhün və qanunun qorunması üçün Ermənistanla dostluq münasibətlərinin saxlanmasında maraqlı olduğunu açıqlamışdı. Sahil İsgəndərov

AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
16
azvision.az

10Sources