EN

“Amazon”un anbarlarında robotlar üstünlük qazanır

Bakı. Trend:

“Amazon”un anbarlarında robotların sayı sürətlə artır.

Trend xəbər verir ki, artıq qlobal tədarükproseslərinin 75%-i robotlar vasitəsilə həyata keçirilir.

Robotlar məhsulların daşınması, çeşidlənməsi və qablaşdırılmasıkimi əsas işləri icra edir. Louisianadakı 280 min kvadratmetrlikanbarda robot qollar milyonlarla məhsulu emal edir. Bu hibridsistem məhsul dövriyyəsini 25% artırıb.

Robotlaşma işçi sayına da təsir edib. Hazırda hər anbarda ortahesabla 670 nəfər çalışır bu, 16 ilin ən aşağı göstəricisidir.Bununla yanaşı, bir işçiyə düşən paket sayı 10 ildə 175-dən 3870-əqalxıb.

Baş direktor Endi Cessinin sözlərinə görə, süni intellekt bəziişləri əvəz etsə də, yeni texnologiyalar yeni imkanlar da yaradır.Şirkət bu günə qədər 700 min işçini texnoloji bacarıqlar üzrətəlimatlandırıb.

Qeyd edək ki, “Amazon”un robotlaşma prosesi 2012-ci ildə KivaSystems-in alınması ilə başlayıb. Bu gün isə şirkət səsli əmrlərləçalışan və insanabənzər robotlar üzərində sınaqlar aparır.

Chosen
3
15
az.trend.az

10Sources