EN

AVF rəsmisi Avropa çempionatına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) növbəti dəfə təyinat alıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

M.Frişman qadın voleybolçular arasında (U-22) 2026-cı ildə keçiriləcək Avropa Çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək. O, 4-6 iyul tarixlərində Latviyada baş tutacaq B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Danimarka və Ukrayna komandaları mübarizə aparacaqlar.

"Cebheinfo.az"

Chosen
14
6
cebheinfo.az

7Sources