EN

Lənkəranda ər arvadını döydü, sonra intihar etdi

İyunun 3-də saat 14:30 radələrində Lənkəran rayonunun Biləsər kəndində baş vermiş hadisə nəticəsində 1 nəfər (qadın cinsli) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Xərərçəkənə zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir. Dördpendirli pizza

1 nəfərin isə (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, Lənkəranda ər arvadını xəsarət yetirib, sonra özünü öldürüb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Məzahir Rəcəbov ailə münaqişəsi zəminində 1978-ci il təvəllüdlü Gülşən Həsənovanı ağacla döyərək xəsarətlər yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.


Telegram kanalımız
Chosen
11
50
yenisabah.az

10Sources