Lənkəranda ər həyat yoldaşına xəsarət yetirib, sonra özünü öldürüb.
HİT.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Biləsər kəndində baş verib.
Kənd sakini 1973-cü il təvəllüdlü Məzahir Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşını, 1978-ci il təvəllüdlü Gülşən Həsənovanı ağacla döyərək xəsarətlər yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.
Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.