AZ

Arvadını ağacla döyüb yaraladı, sonra özünü öldürdü 

Lənkəranda ər həyat yoldaşına xəsarət yetirib, sonra özünü öldürüb.

Referans  APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Biləsər kəndində baş verib.

Kənd sakini 1973-cü il təvəllüdlü Məzahir Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşını, 1978-ci il təvəllüdlü Gülşən Həsənovanı ağacla döyərək xəsarətlər yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.

Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Seçilən
0
7
referans.az

10Mənbələr