EN

Çikaqoda atışma: 4 ölü, 14 yaralı

ABŞ-ın Çikaqo şəhərində baş verən atışma nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, CBS bu barədə Çikaqo hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Atışma reper Mello Buskzzun yeni albomunun təqdimat mərasimindən sonra baş verib. Bildirilir ki, atəş yoldan keçən avtomobildən açılıb. Hazırda polis naməlum şəxsi axtarır.Xatırladaq ki,

2022-ci ildə eyni gecə klubunun qarşısında baş verən davada bir nəfər ölmüş, üç nəfər isə yaralanmışdı.

Chosen
18
50
publika.az

10Sources