Nigerin Burkina-Faso ilə sərhədində atışma olub.
"Report" bu barədə AFP-yə istinadən xəbər verir.
Məlumata görə, atışma zamanı Nigerin 10 əsgəri həlak olub, daha 15-i yaralanıb.
Qeyd edək ki, iki ölkənin sərhədində radikal silahlı qruplar fəaliyyət göstərir. Niger müntəzəm olaraq silahlıların hücumuna məruz qalır.