EN

AFFA “Qəbələ”yə ayırdığı pulu açıqladı

style='margin-bottom:10px;'>

AFFA "Qəbələ" Futbol Akademiyasının maliyyə problemlərinə görə fəaliyyətinin məhdudlaşdırılmasına münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli QOL.az-a açıqlamasında AFFA-nın "Qəbələ"yə akademiyanın fəaliyyətinin davam etdirilməsi üçün pul ayırdığını xatırladıb. O, bir il müddətində "Qəbələ"yə 700 min manat ödənildiyini bildirib:

"Bu məbləğ "Qəbələ”nin hesabına mayın sonunda köçürülüb. Yeni mövsümdən Premyer Liqada iştirak üçün isə 2,5 milyon manat ayrılacaq".

AFFA rəsmisi eyni zamanda "Qəbələ” klubuna dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının Qəbələdə təlim-məşq toplanışları keçirdiklərini bildirib.

Chosen
12
9
teleqraf.com

10Sources