EN

Rusiyanın İsa Məsihlə yaşıd XİN rəhbərinə baxışlar... (RƏYLƏR)

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Lavrovu bütün vəziyyətlərdə, Rusiyanın özünü məğlub və yaxud tam qalib hesab etdiyi vəziyyətlərdə də görmüşəm".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Arif Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrovun fəaliyyətini xarakterizə edərkən deyib.

"O, imperiyaya sadiq, savadlı, amma çox məkirli bir siyasətçidir. Yalan danışmaq adətən o səviyyədə diplomatlara xas olan məqamdır. O da dəfələrlə yalan, kobud ifadələr üstündə tutulub. Ümumiyyətlə, Rusiyanın yürütdüyü siyasəti başqa cür izah etmək çox çətindir. Düşünürəm ki, Lavrov Rusiya kimi ölkə üçün effektiv siyasətçidir, amma bizim kimi ölkələr üçün o, təhlükəli siyasətçidir. NATO rəsmisinin Lavrovla bağlı səsləndirdiyi ifadə də yəqin ki, bütün bu göstəricilərinin ifadəsidir", deyə Arif Əliyev bildirib.

Politooq Zərdüşt Əlizadəyə görə, başqaları kimi Lavrov da sadəcə öz dövlətinin, prezidentinin siyasətinə uyğun fəaliyyət göstərir:

"Lavrov peşəkar, savadlı diplomatdır. Amma dövlətin, prezidentlərinin siyasəti necədirsə, o da onu həyata keçirməli olur. Rusiyanın siyasəti başqa cür olsaydı, Lavrov onu da müdafiə edərdi. Ümumiyyətlə, xarici işlər nazirlərinin öz siyasətləri olmur. Onlar adətən prezidentin, baş nazirlərin siyasətini həyata keçirirlər".

Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte Rusiya xarici işlər naziri Sergey Lavrovun alyansın mümkün dağılması ilə bağlı son şərhlərinə münasibət bildirib. Bu barədə Rütte "Fox News" telekanalına müsahibəsində danışıb.

"Lavrov - o, İsa Məsihin doğulduğu zamandan bəri Rusiya xarici işlər naziridir, yox? Və o vaxtdan bəri onun ağzından faydalı heç nə eşitməmişik. Ona görə də gəlin cənab Lavrova artıq diqqət yetirməyək”, deyə Rutte deyib.

Xatırladaq ki, Lavrov 2024-cü ildən Rusiyanın xarici işlər naziri olaraq fəaliyyət göstərir. 

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
28
qaynarinfo.az

10Sources