EN

Azərbaycanda bank faizləri buna görə yüksəkdir – SƏBƏB BİLİNDİ

“Azərbaycanda bank kreditləri üzrə faizlərin yüksək qalmasının bir neçə əsas səbəbi var. Bu amillərdən biri depozit faizlərinin də artmasıdır. Belə ki, 10 faizlə əmanət cəlb edən bank, öz xərclərini və vergi öhdəliklərini də nəzərə alaraq 16-18 faizlə kredit vermək məcburiyyətində qalır”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlamasında səsləndirib:

Natiq

“Digər vacib səbəb isə bank sektorunda rəqabət mühitinin zəif olması ilə bağlıdır. Hazırda ölkədə fəaliyyət göstərən 4 aparıcı bank bazarın təxminən 75 faizinə nəzarət edir. Bu da sektorda ciddi təmərküzləşmənin və rəqabət çatışmazlığının göstəricisidir. Məhz bu amil də faiz dərəcələrinin yüksək qalmasına təsir göstərir”.

İqtsaidçı qeyd edir ki, ümumilikdə, kredit faizlərinin aşağı düşməsi üçün əsas şərtlərdən biri rəqabətli mühitin gücləndirilməsi hesab olunur.

“Xarici bankların ölkə bazarına daxil olması, həmçinin yerli bazarda daha çox bankın aktiv iştirak etməsi faizlərin enməsinə səbəb ola bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
15
1
konkret.az

1Sources