16 may tarixində səhiyyə nazirinin də iştirak etdiyi Milli Məclisin plenar iclasında Səyyad Salahlı (Aran) plastik cərrahlarla bağlı çıxışı zamanı qəbuluna düşən və plastik cərrahın səhlənkarlığı səbəbindən həyatını itirən Səbinə Vəliyevanın ailəsinin müraciətini dilə gətirmiş, bundan sonra nazir Teymur Musayev də məsələ ilə bağlı açıqlama verərək, həmin ailənin onun da qəbulunda olduğunu və S.Vəliyevanın mətbəxdə əməliyyat olduğunu vurğulamışdı.
Ölkə.az modern.az-a istinadən xəbər verir ki, Səbinə Vəliyevanın ailəsi səhiyyə naziri Teymur Musayevi qızının şərəf və ləyaqətini alçaltdığını bildirərək, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.
Şikayət onunla əsaslandırılıb ki, səhiyyə naziri 16 may 2025-ci il tarixdə Milli Məclisdə keçirilən plenar iclasda Səbinə Vəliyeva haqqında həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli fikirlər səsləndirib. Şikayətçilər məhkəmədən nazirin Milli Məclisin iclasında və ya ona bərabər tutulan tədbirdə təkzib verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Səbinə Vəliyevanın yaxınları məhkəməyə bildiriblər ki, Teymur Musayev yalan olduğunu bilə-bilə mərhum qızı barəsində dedikləri onun ruhuna təhqir və böhtan sayılır. Yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə deyib, qızının, onun, habelə ailəsinin şərəf va ləyaqətini qəsdən nalayiq formada alçaldıb və qəsdən böhtan atıb.
Məhkəmə şikayətin heç bir əsası olmadığı qərarını verib. Bildirilib ki, 16 may 2025-ci il tarixdə Milli Məclisin plenar iclasında nazirin çıxışına diqqət yetirdikdə müəyyən olunur ki, həmin sözlər xüsusi ittihamçının nəinki ziyanına, hətta xeyrinə deyilmiş sözlərdir.
İş materiallarına É™sasÉ™n ÜlviyyÉ™ İlyasova Bakı ÅŸÉ™hÉ™ri, Yasamal rayonu, MÉ™tbuat prospekti 529 ünvanında xüsusi biliyi vÉ™ tÉ™hsili olmadan qohumu SÉ™binÉ™ VÉ™liyeva üzÉ™rindÉ™ liposaksiya-piysovurma manipulyasiya vÉ™ prosedurlarını icra etdikdÉ™n sonra sonuncunu özünün yaÅŸadığı Bakı ÅŸÉ™hÉ™ri, Suraxanı rayonu, Qaraçuxur qÉ™sÉ™bÉ™si, 16-cı döngÉ™ "Şərq” yaÅŸayış massivindÉ™ yerləşən ünvansız fÉ™rdi yaÅŸayış evinÉ™ gÉ™tirdiyi vÉ™ S.VÉ™liyevanın sÉ™hhÉ™tinin orada ağırlaÅŸaraq vÉ™fat etdiyi müəyyÉ™n edilib.