EN

Lənkəranda ailə faciəsi – Arvadını döydü, özünün boğazını kəsdi

 

Lənkəranda ər həyat yoldaşına xəsarət yetirib, sonra özünü öldürüb.

Heftelik.az-ın APA-ya istinadən  verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Biləsər kəndində baş verib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Məzahir Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşını, 1978-ci il təvəllüdlü Gülşən Həsənovanı ağacla döyərək xəsarətlər yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.

Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Chosen
3
7
heftelik.az

10Sources