EN

Mirzoyan: Azərbaycanla aramızda institusional sülh yaratmaq istəyirik

Çin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır.

Teleqraf xəbər verir ki, bunu “South China Morning Post” qəzetinə müsahibəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Cənubi Qafqazda sülhün bərqərar olmasının mümkünlüyü ilə bağlı suala cavab olaraq Mirzoyan qeyd edib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətni üzrə danışıqları başa çatdırarkən bu nailiyyəti alqışlayan ölkələr sırasında Çin də olub.

Ermənistanın Azərbaycanla institusional sülh yaratmaq, yəni sülh müqaviləsi imzalamaq istədiyini vurğulayan nazir əlavə edib: “Gördüyümüz budur ki, Çin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır”.

Chosen
8
50
hit.az

10Sources