EN

Qədim misirlinin genomu deşifrə edildi: İlk dəfə

Alimlər ilk dəfə olaraq qədim Misirdə təxminən 4800 il əvvəl - ilk piramidaların inşası zamanı yaşamış şəxsin tam genomunu deşifrə ediblər. Ölkənin cənubunda, qədim Nuairat nekropolunda qaya qəbirdə saxsı qabda, ehtimal ki, elitanın nümayəndəsi olan yaşlı kişinin qalıqları tapılıb.

Publika.az xəbər verir ki, işin nəticələri "Nature" jurnalında dərc olunub.

Bildirilir ki, onun DNT-sinin təxminən 80 faizi Şimali Afrika, digər 20 faizi isə Qərbi Asiya xətti ilə bağlıdır. Bu, Mesopotamiya ilə aktiv miqrasiyaların və mədəni əlaqələrin mövcudluğunu təsdiqləyir. Məqalə müəlliflərinin fikrincə, kəşf qədim Misirdə müxtəlif xalqların necə qarışdığına dair ilk genetik dəlillər sayılır.

Maraqlıdır ki, yüksək sosial statusuna baxmayaraq, kişinin bədənində ağır əl əməyinin izləri qalıb. Alimlər onun dulusçu ola biləcəyini düşünürlər.

Qeyd edək ki, indiyədək qədim misirlilərin genetikası isti iqlimlərdə DNT-nin zəif saxlanması səbəbindən sirr olaraq qalırdı.

Chosen
91
publika.az

1Sources