İran Prezidenti Məsud Pezeşkian ölkədəki ana dili barədə danışıb.
News24.az xəbər verir ki, Pezeşkianın sözlərinə görə, Türk dili, Şəhriyarın danışdığı və yazdığı dildir:
"Bu dildə şeir deyilməsinə qarşı qəzəblənmək məntiqsizdir. Şəhriyar İran tarixinin ən dahi şəxsiyyətlərindən biridir."
Pezeşkian əlavə edib ki, kürd, türk, ərəb və digər bütün dillər İranın ayrılmaz sərvətidir:
“Son 12 günlük müharibə göstərdi ki, İranın əsas milli sərvəti onun milli birliyidir. Bu səbəbdən insanların özünü ifadə etməsi onların təbii və danılmaz haqqıdır.”
Aqil