EN

Paşinyan Qaregini dərhal istefa verməyə çağırdı - bunun başqa yolu yoxdur...


Ermənistanda kilsə ilə iqtidar arasında yaşanan çəkişmələr fonunda Nikol Paşinyan Ktriç Nersisyanı (II Qaregin) dərhal istefa verməyə çağırıb. Trend xəbər verir ki, bu haqda Paşinyan öz rəsmi FB səhifəsində paylaşım edib.

"2020–2021-ci illərdə Ktriç Nersisyan hakimiyyətin istefası ilə bağlı çağırış etmişdi. Bundan sonra baş tutan növbədənkənar parlament seçkiləri beynəlxalq ictimaiyyət tərəfindən azad, demokratik və rəqabətli kimi qiymətləndirildi və xalq hakim komandaya etimad göstərdi. Bu, eyni zamanda, xalqın Vəharanı tutanlara etimadsızlığını da ifadə edirdi.

2025-ci ilin iyun ayında toplaşma məqsədilə Ana Kilsənin zəngləri çalındı. Orada iştirak edən din xadimləri və toplaşan vətəndaşların sayı heç 1500 nəfəri keçmədi. Bu da bir başqa arqumentdir ki, Ktriç Nersisyan dərhal Vəharanı (Katalikosun rəsmi iqamətgahı ) tərk etməlidir. Bunun başqa yolu yoxdur”, -deyə Paşinyan yazıb.

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan bütün ermənilərin yeni katalikosunun seçilməsi üçün ölkədə növbədənkənar səsvermənin keçirilməsini təklif etmişdi.

Chosen
12
45
baki-xeber.com

10Sources