EN

Qeyri-adi bacarıqları ilə diqqət çəkdi - "Yetenek Sizsiniz” yarışmasına çağırıldı

BİLƏSUVAR, 3 iyul. TELEQRAF

Biləsuvardan olan gənc Türkiyənin “Yetenek Sizsiniz” yarışmasına qatılıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 28 yaşlı Emin Süleymanov ağırlıq qaldırma üzrə qeyri-adi fiziki bacarıqlara malikdir. O, dişi ilə 3 tonluq avtomobili hərəkətə gətirmək, 200 kiloqramlıq yükü qaldırmaq və təhlükəli idman hərəkətlərini asanlıqla icra etmək bacarığına görə Türkiyəyə dəvət olunub və “Yetenek Sizsiniz” yarışmasının birinci mərhələsində iştirak edib.

Eminin göstərdiyi trüklər münsiflər heyəti tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, əvvəllər bu sahə ilə həvəskar şəkildə məşğul olan gənc, qeyri-adi fiziki gücünə görə Bakı Dövlət Sirkinə dəvət olunub və orada üç il artist kimi fəaliyyət göstərib.

Chosen
14
50
teleqraf.com

10Sources