Odessada güclü partlayışlar baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
Operativ məlumata görə, şəhərdə ballistik raketlərin düşməsi qeydə alınıb. Bildirilir ki, Rusiyanın silahlı qüvvələri limanı hədəfə ala bilər.
İyulun 3-ü səhər saatlarında Odessada partlayışların baş verdiyi bildirilib. Şəhərdə hava hücumundan müdafiə sistemləri işə salınıb. İlkin ehtimallara əsasən, Odessaya dəniz istiqamətindən çox sayda pilotsuz uçuş aparatı ilə hücum olunub.