EN

Ötən ay 6 nəfər suda boğulub öldü

BAKI, 3 iyul. TELEQRAF
2025-ci ilin iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdən - Şıxov, Bilgəh, Buzovna və Pirşağıda baş verən sudaboğulma hadisələri ilə bağlı 6 müraciət daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb olunub.
"Hadisələr nəticəsində Bakı şəhəri üzrə 2 nəfər (1-i qadın, 1-i kişi cinsli olmaqla) sudaboğulma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli) yerində tibbi yardım göstərilib.
Ümumilikdə, 3 (kişi cinsli) şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Regionlar üzrə - Saatlı, Astara və Lənkəran rayonlarından müraciətlər daxil olub. Müracitlər üzrə 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
3 nəfərin (kişi cinsli) isə sudaboğma nəticəsində həkiməqədər ölüm faktı qeydə alınıb", məlumatda bildirilib.

Chosen
19
50
teleqraf.com

10Sources