Demokrat.az bunu "Report"a iyulun 4-də Kəlbəcər şəhər qəbiristanlığında dəfn edilən Birinci Qarabağ müharibəsinin şəhidi Mehman Musayevin nişanlısı Sevda Bəhmənqızı özü deyib.
O, Mehmanla müharibədən sonra ailə qurmaq istədiklərini, amma bu arzularının çin olmadığını vurğulayıb:
"Biz ali məktəbdə oxuyanda tanış olmuşduq. Bir ildən çox nişanlı qaldıq. Müharibədən sonra ailə qurmağı niyyət etmişdik. Sonuncu dəfə Ağdama gələndə mənə çoxlu hədiyyələr almışdı.
Mehman gedəndən bir neçə gün sonra yuxuda onun qan içində boğulduğunu gördüm. Bundan bir neçə gün keçmiş qardaşım evə gəlib Taxtabaşı kəndinə ermənilərin hücum etdiklərini və qaynımın yaralandığını xəbər verdi.
Mən ona dedim ki, yox, Mehmana nəsə olub. Qardaşım məni yayındırmağa çalışsa da, təkid etdiyimi görüb, Mehmanın itkin düşdüyünü söylədi.
10Mənbələr
-
afn.azŞəhid Mehman Musayevin nişanlısı 32 ildir onu gözləyirmiş ( 18954397)
-
afn.azŞəhid Mehman Musayevin nişanlısı 32 ildir onu gözləyirmiş ( 18954349)
-
demokrat.azŞəhidin nişanlısı: "Ondan sonra ailə qurmadım, bu günə qədər yolunu gözlədim" ( 18953860)
-
baki-xeber.comBirinci Qarabağ müharibəsində itkin düşən üç şəhid Kəlbəcərdə dəfn edildi ( 18952552)
-
bakivaxti.azNişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş... ( 18952549)
-
report.azŞəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfn olunduğunu görmədilər ( 18952438)
-
ucnoqta.azİtkin düşən üç hərbçinin qalıqları Kəlbəcərə gətirilib ( 18950806)
-
yeniavaz.comİşğaldan azad ediləndən sonra Kəlbəcərdə ilk dəfn Fotolar ( 18950605)
-
yeniavaz.comİşğaldan azad ediləndən sonra Kəlbəcərdə ilk dəfn – Fotolar ( 18950563)
-
yeniavaz.comİşğaldan azad ediləndən sonra Kəlbəcərdə ilk dəfn – Fotolar ( 18950554)