EN

Sputnik in 5 əməkdaşı zaminə buraxıldı

ain.az, Modern.az saytına istinadən bildirir.

"Sputnik Azərbaycan"ın 5 əməkdaşı zaminə buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

Bildirilib ki, zaminə buraxılanlar Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Daha sonra "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin ofisində polis əməliyyat keçirib.

Əməliyyat zamanı direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov saxlanılıb. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
46
modern.az

10Sources