Milli Məclisin deputatı Müşfiq Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, son günlər Rusiya-Azərbaycan münasibətlərində gərginlik müşahidə olunur:
“Bu gərginliyin artmasında Rusiya dumasının üzvlərinin, eləcə də media orqanlarının rolu böyükdür. Lakin hazırda Azərbaycan və Rusiya arasında münasibətlər əvvəllər müşahidə olunmamış dərəcədə ciddi zədələnir.
Artıq uzun müddətdirki, dövlətimiz Moskvanın həm xalqımıza, həm də dövlətimizə qarşı davranışlarından narazıdır. Rusiya isə Bakıya təzyiq göstərmək məqsədilə Azərbaycan üçün ən həssas nöqtə olan iqtisadi səbəblərlə Rusiyaya üz tutmuş Azərbaycan vətəndaşlarını hədəfə almağa çalışır.
Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən polis əməliyyatı, iki nəfərin ölməsi və bir neçəsinin saxlanılması münasibətlərin daha da gərginləşməsinə səbəb oldu. Bu səbəbdən dövlətimiz tərəfindən Azərbaycanda Rusiyanın mədəni tədbir və rəsmi səfərləri ləğv olunub. Əgər bu cür hadisələr və etnik azərbaycanlılara Rusiyada təzyiqlər davam edərsə, Azərbaycan hökumətinin növbəti addımı tam fərqli olacaqdır”.
Deputat vurğulayıb ki, bütün hallarda bu gərginləşmə ilk növbədə sadə vətəndaşlara, xüsusilə Rusiyada yaşayan və ya Rusiya ilə ticarət edən azərbaycanlılara zərbə vura bilər:
“Əgər münasibətlər daha da soyuyarsa, gömrükdə yüklərin saxlanılması, ixracatçılara əlavə yoxlamalar, lisenziya və kvotalarla bağlı maneələr kimi inzibati əngəllər arta bilər.
Həmçinin, Rusiyada yaşayan yüz minlərlə azərbaycanlının hüquqi və sosial vəziyyəti daha da çətinləşə bilər.
Ümid edirəm ki, tezliklə Rusiya rəhbərliyi vəziyyətin vacibliyini nəzərə alaraq, münasibətlərin yaxşılaşması istiqamətində addım atacaqdır”.
Leyla Turan
Demokrat.az
10Sources
-
az.trend.azMoldova və Avropa İttifaqı sammitdə siyasi öhdəliklər götürüblər ( 18963850)
-
sia.azAzərbaycan tarazlığı indi təkcə Qafqazda dəyişmir..? ( 18963613)
-
sia.azAzərbaycan tarazlığı indi təkcə Qafqazda dəyişmir..? ( 18963589)
-
bizim.mediaGərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… - Aqil Ələsgər “CNN Türk”də şərh etdi -VİDEO ( 18960907)
-
oxu.azÜlvi Səfərov: Rusiya hələ də SSRİ nin dağılmadığını, sadəcə sərhədlərinin dəyişdiyini düşünür ( 18960490)
-
yenisabah.azRusiyada azərbaycanlı deputatın maaşını kəsdilər ŞOK SƏBƏB ( 18959590)
-
yenisabah.azRusiyada azərbaycanlı deputatın maaşını kəsdilər - ŞOK SƏBƏB ( 18959239)
-
referans.azGərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… – Aqil Ələsgər “CNN Türk”də şərh etdi / VİDEO ( 18959167)
-
moderator.azGərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… – Aqil Ələsgər “CNN Türk”də şərh etdi / VİDEO ( 18957535)
-
veteninfo.azGərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… – Aqil Ələsgər “CNN Türk”də şərh etdi / VİDEO ( 18957457)