Milli Məclisin deputatı Müşfiq Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, son günlər Rusiya-Azərbaycan münasibətlərində gərginlik müşahidə olunur:
“Bu gərginliyin artmasında Rusiya dumasının üzvlərinin, eləcə də media orqanlarının rolu böyükdür. Lakin hazırda Azərbaycan və Rusiya arasında münasibətlər əvvəllər müşahidə olunmamış dərəcədə ciddi zədələnir.
Artıq uzun müddətdirki, dövlətimiz Moskvanın həm xalqımıza, həm də dövlətimizə qarşı davranışlarından narazıdır. Rusiya isə Bakıya təzyiq göstərmək məqsədilə Azərbaycan üçün ən həssas nöqtə olan iqtisadi səbəblərlə Rusiyaya üz tutmuş Azərbaycan vətəndaşlarını hədəfə almağa çalışır.
Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən polis əməliyyatı, iki nəfərin ölməsi və bir neçəsinin saxlanılması münasibətlərin daha da gərginləşməsinə səbəb oldu. Bu səbəbdən dövlətimiz tərəfindən Azərbaycanda Rusiyanın mədəni tədbir və rəsmi səfərləri ləğv olunub. Əgər bu cür hadisələr və etnik azərbaycanlılara Rusiyada təzyiqlər davam edərsə, Azərbaycan hökumətinin növbəti addımı tam fərqli olacaqdır”.
Deputat vurğulayıb ki, bütün hallarda bu gərginləşmə ilk növbədə sadə vətəndaşlara, xüsusilə Rusiyada yaşayan və ya Rusiya ilə ticarət edən azərbaycanlılara zərbə vura bilər:
“Əgər münasibətlər daha da soyuyarsa, gömrükdə yüklərin saxlanılması, ixracatçılara əlavə yoxlamalar, lisenziya və kvotalarla bağlı maneələr kimi inzibati əngəllər arta bilər.
Həmçinin, Rusiyada yaşayan yüz minlərlə azərbaycanlının hüquqi və sosial vəziyyəti daha da çətinləşə bilər.
Ümid edirəm ki, tezliklə Rusiya rəhbərliyi vəziyyətin vacibliyini nəzərə alaraq, münasibətlərin yaxşılaşması istiqamətində addım atacaqdır”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
Ajans.azXankəndidə TARİXİ GÖRÜŞ- CNN TÜRK-ün efirində Tural Müseyibovla ( 18979546)
-
Ajans.azPrezidentlər Xankəndidə Azərbaycan dilində danışdılar: Dünyaya mühüm MESAJ- CNN Türk ( 18978859)
-
teleqraf.comSərdar Cəlaloğlu: Nizami Cəfərova “şpion” deməmişəm, özündən uydurur - MÜSAHİBƏ ( 18978370)
-
musavat.comAzərbaycana qarşı “panik atak” ( 18976519)
-
news24.azRusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” ( 18972625)
-
vaxt.azSAXAL-ın İran marşrutu ( 18975574)
-
news24.azRusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl qollarını bağlayıb, yerə yıxırlar...” ( 18972637)
-
milli.azHibrid müharibələrin kölgəsində sülh: xaosu kim idarə edir? ( 18971530)
-
tribunainfo.az“Avropa Azərbaycanı dəstəkləyir, bu acizliyimizdir” ( 18971443)
-
musavat.comAzərbaycanlı ziyalılardan Solovyova ağır cavablar ( 18970663)