EN

İsrail ordusu daha bir "Hizbullah" komandirini ÖLDÜRDÜ

İsrail Müdafiə Qüvvələrinə (IDF) aid pilotsuz uçan aparat Beyrutun cənubunda magistral yolda hərəkət edən avtomobilə zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə "Əl-Jadeed" TV məlumat yayıb.

Telekanalın məlumatına görə, hücum nəticəsində "Hizbullah" təşkilatının silahlı qanadının komandirlərindən biri öldürülüb.

Həmçinin bildirilib ki, insident Xalde şəhərətrafı qəsəbəsində, avtomobil yollarında baş verib. Zərbənin vurduğu avtomobil yanıb.

Chosen
9
5
publika.az

5Sources