EN

Bu futbolçu da “Neftçi”dən AYRILACAQ

“Neftçi”nin daha bir futbolçusu komandanı tərk edə bilər.

Bizim.Media xəbər verir ki, söhbət İsmayıl Zülfüqarlıdan gedir.

Baş məşqçi Samir Abasovun planlarına daxil olmayan yarımmüdafiəçi böyük ehtimalla yenə icarəyə veriləcək.

Qeyd edək ki, İsmayıl Zülfüqarlı ötən mövsümü icarə əsasında “Turan Tovuz”da keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
28
39
bizim.media

10Sources