AZ

“Golden Beach” istirahət mərkəzində bədbəxt hadisə - Ölən var

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Sfera.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 1-i saat 21 radələrində Mərdəkan qəsəbəsinin ərazisində yerləşən “Golden Beach” istirahət mərkəzində fəhlə 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vurub.

 

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
19
50
sfera.az

10Mənbələr