EN

Aİ Ukraynaya 2 milyon mərmi ötürəcək Rusiya vəsaiti hesabına KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Danimarkada keçirdiyi brifinqdə bəyan edib ki, Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 2 milyon mərmi göndərəcək.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Aİ bu məqsədlə artıq 1,2 milyard avro investisiya qoyub və bu mərmilər ilin sonunadək Ukraynaya çatdırılacaq.

“Əslində, Rusiya özü o silahları maliyyələşdirir ki, Ukrayna onlardan istifadə edəcək,” – deyə fon der Lyayen bildirib.

O əlavə edib ki, Ukraynanın hərbi ehtiyacları yüksək olaraq qalır və Aİ bu ehtiyacların ödənməsi üçün “SAFE” adlı xüsusi proqram işə salıb. Bu proqram Aİ ölkələrinə Ukrayna üçün əlavə silah və sursat alınmasına vəsait yönəltməyə imkan verir.

Bu addım Aİ-nin Ukraynaya hərbi dəstəyini daha da gücləndirmək və Rusiya üzərində siyasi-iqtisadi təzyiqi davam etdirmək məqsədi daşıyır.

Natiq Səlim,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
34
konkret.az

10Sources