Dünya hər dəfə sülh əlini uzadarkən Putin raketlərlə cavab verir.
“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X”də yazıb.
O qeyd edib ki, Rusiyanın Kiyevə hücumlarının artması Moskvanın sülh istəmədiyini göstərir.
"Ukrayna xalqını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinə ehtiyac var", - paylaşımda bildirilir.
Qeyd edək ki, Rusiya bu gün Ukraynaya çoxlu sayda raketlə hücum edib, əsas hədəf Kiyev olub.