EN

Azərbaycan badminton millisi dünya reytinqində 27-ci sıraya yüksəlib

Bakı, 3 iyul, AZƏRTAC

Dünya Badminton Federasiyası (BWF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması 121 ölkə arasında 27-ci sıraya yüksəlib. Komandamızın hesabında 2726 xal var.

Millimiz son 3 ayda reytinqdə 18 pillə sıçrayış edib.

Bu, Azərbaycan badmintonu tarixində ən yüksək göstəricidir.

Məlumat üçün qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan komanda ötən illər ərzində 39 pillə irəliləyərək, 2025-ci ilin əvvəlində 46-cı sırada yer alıb.

Chosen
268
16
azertag.az

10Sources