AZ

Millimiz dünya reytinqində 27-ci sıradadı - ilk dəfə!

Dünya Badminton Federasiyasının (BWF) milli komandaların yeni reytinqini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız 121 ölkə arasında 27-ci sıraya yüksəlib.

Komandamızın hesabında 2726 reytinq xalı var. Millimiz son 3 ayda reytinqdə 18 pillə irəliləyib. Bu Azərbaycan badmintonu tarixində ən yüksək göstəricidi.

Qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan millimiz ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer alırdı.

Seçilən
178
16
football-plus.az

10Mənbələr