EN

Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı

Moskvada ən nüfuzlu “qanuni oğrulardan” biri hesab olunan azərbaycanlı Vaqif Süleymanov saxlanılıb.

XəzərNews.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya mənbələri yayıb.

İddialara görə, Vaqif Süleymanov uzun illərdir kriminal aləmdə tanınır və postsovet məkanında geniş əlaqələrə sahibdir. Onun Moskvada xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir.

Vaqifdən başqa, Azərbaycandan olan digər kriminal avtoritet - Zaur da saxlanılıb. O, Orenburqda tutulub. Zaur cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunur.

Rəsmi qurumlardan hələlik məsələ ilə bağlı açıqlama verilməyib. Hadisənin detalları və saxlanmanın səbəbi araşdırılır.

Xəbər 3 dəfə oxunub.
Chosen
22
50
xezernews.az

10Sources