Rusiyada daha bir azərbaycanlı kriminal avtoritet saxlanılıb.
Sitat.info xəbər verir ki, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda şübhəli bilinən azərbaycanlı avtoritet Zaur Əhmədov Orenburqda həbs edilib.
Xatırladaq ki, 47 yaşlı iş adamı Zaur Əhmədov Rövşən Lənkəranskinin xalası oğludur. Z.Əhmədov Lənkəranskinin ölümündən sonra onun “kriminal irsinə” başçılıq edib.
Zaur Əhmədov həmçinin Moskvanın ən iri topdansatış bazarı olan “Fud-Siti”yə nəzarət edən şəxs kimi tanınır.
Qeyd edək ki, bu gün Moskvada ən nüfuzlu “qanuni oğru”lardan biri hesab olunan azərbaycanlı Vaqif Süleymanov da saxlanılıb.
Vaqif Süleymanovun Azərbaycana deportasiya olunacağı iddia olunur. Onun Azərbaycan hüquq-mühafizə orqanlarının da axtarış siyahısında olduğu bildirilir.
Sitat.info