EN

Moskvada azərbaycanlı “qanuni oğru” saxlanıldı – VİDEO

Moskvada ən nüfuzlu “qanuni oğrulardan” biri hesab olunan azərbaycanlı Vaqif Süleymanov saxlanılıb.

NOCOMMENT.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya mənbələri yayıb.

İddialara görə, Vaqif Süleymanov uzun illərdir kriminal aləmdə tanınır və postsovet məkanında geniş əlaqələrə sahibdir. Onun Moskvada xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir.

Rəsmi qurumlardan hələlik məsələ ilə bağlı açıqlama verilməyib. Hadisənin detalları və saxlanmanın səbəbi araşdırılır.

 

Chosen
16
6
nocomment.az

7Sources