İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, "rossoneri" "Torino"nun yarımmüdafiəçisi Samuele Rizzi ilə müqavilə bağlayıb.
23 yaşlı futbolçu ilə dörd illik müqavilə imzalanıb. Müqavilədə əlavə bir illik uzadılma opsiyası da yer alır. Rizzi "Milan"da 4 nömrəli forma ilə çıxış edəcək.
İtaliyalı yarımmüdafiəçi peşəkar karyerası ərzində yalnız doğma ölkəsində oynayıb – "Torino"ya qədər o, "Empoli" klubunun formasını geyinib. Rizzi İtaliya milli komandasının heyətində 10 oyun keçirib.
Qeyd edək ki, "Milan" ötən mövsüm A Seriyasını səkkizinci pillədə tamamlayıb və avrokuboklara vəsiqə qazana bilməyib.