“Milan”ın müdafiəçi yarımmüdafiəçisi Yasin Adli Rusiya və Qətər klublarından səxavətli təkliflər alıb.
QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
24 yaşlı futbolçu bütün təklifləri rədd edib. Bildirilir ki, bunun fonunda “Milan” Adlini gələn həftədən ölkənin 4-cü divizionunda çıxış edən əvəzedici komandaya (“Milan Futuro”) göndərmək qərarına gəlib. Adli baş məşqçi Massimiliano Alleqrinin planlarında yoxdur.
Qeyd edək ki, Adli 2021-ci ilin avqustunda "Milan"a keçib. Müdafiəçi komandanın heyətində bütün yarışlarda 39 oyunda 1 qol və 2 məhsuldar ötürmə verib.
Yasin 2024/25 mövsümünü icarə əsasında "Fiorentina"da keçirib, 35 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə verib.