EN

Gəncədə hovuza düşən yaşlı kişi boğulub öldü

Gəncədə yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1951-ci il təvəllüdlü Vaqif Rzayev hovuza düşüb.

Nəticədə 74 yaşlı kişi boğularaq dünyasını dəyişib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Chosen
24
50
konkret.az

10Sources