Rusiya Dəmir Yolu Nəqliyyatı Agentliyinin Əmlakın İdarə Edilməsi Şöbəsinin müdir müavini Aleksey Korneyçuk Nəqliyyat Nazirliyinin binasında ölüb.
News24.az "Baza" "Telegram" kanalına istinadla xəbər verir ki, məmur müşavirə zamanı dünyasını dəyişib.
Məlumata görə, 42 yaşlı Korneyçuk müşavirə zamanı qəfil ayağa qalxıb, sonra yerə yıxılaraq ölüb.