Məşhur Hollivud aktyoru Maykl Medsen vəfat edib.
AzPost bildirir ki, 67 yaşlı aktyor 911 zəngindən sonra Malibudakı evində huşsuz vəziyyətdə tapılıb.
“The Hollywood Reporter” Los-Anceles polisinin sözçüsünə istinadən yazır ki, onun ölümü yerli vaxtla səhər saat 8:25-də qeydə alınıb.
Onun EMR Media Entertainment-dəki nümayəndəsi Liz Radriguez nəşrə əlavə edib: “Biz belə başa düşürük ki, Maykl infarkt keçirib”.
Madsen aktyorluq karyerasına 1980-ci illərdə başlayıb və 346 filmdə çəkilib.
Kventin Tarantinonun “Quduz itlər”, “Billi öldürmli”, “İyrənc səkkizlik” və digər filmlərində oynayıb.