RU

Tarantinonun filmlərinin “ulduzu” Maykl Medsen vəfat edib

Məşhur Hollivud aktyoru Maykl Medsen vəfat edib. 

AzPost bildirir ki, 67 yaşlı aktyor 911 zəngindən sonra Malibudakı evində huşsuz vəziyyətdə tapılıb.

“The Hollywood Reporter” Los-Anceles polisinin sözçüsünə istinadən yazır ki, onun ölümü yerli vaxtla səhər saat 8:25-də qeydə alınıb.
Onun EMR Media Entertainment-dəki nümayəndəsi Liz Radriguez nəşrə əlavə edib: “Biz belə başa düşürük ki, Maykl infarkt keçirib”.
Madsen aktyorluq karyerasına 1980-ci illərdə başlayıb və 346 filmdə çəkilib.

Kventin Tarantinonun “Quduz itlər”, “Billi öldürmli”, “İyrənc səkkizlik” və digər filmlərində oynayıb.

 

AzPost.az

Избранный
15
18
azpost.info

10Источники