EN

Avropa Parlamentində 4,3 milyonluq korrupsiya araşdırılır

BAKI, 3 iyul. TELEQRAF

Avropa Parlamentində radikal sağ qüvvələri birləşdirən sabiq “İdentiklik və Demokratiya” (ID) fraksiyasının parlament tərəfindən həvalə edilmiş milyonlarla avroluq vəsaiti qanunsuz şəkildə xərclədiyinə dair iddialar araşdırılır.

Teleqraf xəbər veri ki, Almaniya mediasının apardığı araşdırmaya görə, ID fraksiyası 2019–2024-cü illərdə Avropa Parlamentindən aldığı 4,3 milyon avroluq vəsaiti hüquqazidd şəkildə istifadə edib. Ötən ilin yayında buraxılan fraksiyanın tərkibində Avstriyanın Azadlıq Partiyası (FPÖ), Fransanın “Rassemblement National” partiyası və “Almaniya üçün Alternativ” (AfD) partiyası yer alıb.

Sənədə əsasən, ID fraksiyası müxtəlif təşkilatlara Avropa İttifaqının fəaliyyət sahəsinə uyğun gəlməyən qanunsuz ianələr ayırıb. Həmin vəsaitin bir hissəsinin dini və ideolojiyönümlü qurumlara, o cümlədən fraksiyaya yaxınlığı ilə tanınan şəxslərlə əlaqəli təşkilatlara ayrıldığı qeyd olunur. Eyni zamanda, tender qaydalarına əməl olunmadan müxtəlif şirkətlərə iri məbləğli sifarişlərin verilməsi, süni qiymət artımı və şəffaf olmayan razılaşmalarla bağlı ittihamlar da sənəddə yer alır.

ID fraksiyasının keçmiş baş katibi Filip Kleyz ittihamları rədd edib.

Xristian Demokratlar İttifaqının (CDU) Avropa Parlamentindəki üzvü və Büdcə nəzarəti komitəsinin rəhbəri Niklas Herbst vəsaitlərin geri qaytarılması üçün Avropa Prokurorluğuna (EPPO) rəsmi şikayət təqdim ediləcəyini bildirib.

Chosen
35
5
teleqraf.com

10Sources